Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti Türkiyəyə 20 ton həcmində humanitar yardım göndərib

11 fevral 2023 | 17:53

 

 
Gəncə Şəhər İcra Hakimiyyəti "Qardaş köməyi" platforması adı altında Türkiyənin cənub-şərqində baş vermiş zəlzələ nəticəsində zərər çəkənlərə humanitar yardım göndərib. 
 
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq, yolasalma mərasimində icra başçısının birinci müavini Səməd Tomuyev və Aparatın məsul əməkdaşları, eyni zamanda Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi"nin (TÜİB) İdarə Heyətinin sədri Hüseyn Büyükfırat və İB-in üzvləri, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin məsul əməkdaşları iştirak ediblər. 
 
Dəyəri 150 min manatlıq olan 20 tonluq humanitar yardım Bakı şəhərindən qardaş ölkəyə yola salınıb. Yardım paketinin 16 tonunu quru qida, 4 tonunu isə uşaq bezləri və gigiyenik vasitələr təşkil edir. "Qardaş köməyi" platforması çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən tədarük olunan yüklər Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi tərəfindən zəlzələ bölgəsinə çatdırılacaqdır.
Keçidlər