Gəncə Şəhər İcra Hakimiyyətində həftə ərzində vətəndaş qəbulları keçirilir
Prezident İlham Əliyevin ölkəmizdə həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhərində birmənalı şəkildə icra edilir.
Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq olunmuş qrafik üzrə icra başçısının müavinləri və şöbə müdirləri, o cümlədən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi həftə ərzində vətəndaşlarla görüşlər keçirirlər.
Görüş zamanı sakinlərin şikayət və təklifləri həssaslıqla dinlənilir, səsləndirdikləri müraciətlərin bəziləri yerindəcə öz həllini tapır, digər məsələlər isə nəzarətə götürülməklə müvafiq qurumlara yönləndirilir.
Məlumat üçün bildiririk ki, sakinlər Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, o cümlədən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Şəhər təsərrüfatı, Hüquq, Memarlıq və tikinti şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.