Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində kompleks mülki müdafiə təliminə hazırlıqla bağlı iclas keçirilib

20 iyul 2023 | 18:04

Gəncə şəhərində “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçiriləcək. Cari ilin avqust ayının 2-dən 4-dək baş tutacaq təlim Fövqəladə Hallar Nazirliyinin “Azərbaycan Respublikasının 2023-cü il üçün mülki müdafiə Tədbirləri planı”na və Gəncə Şəhər İcra Hakimiyyətinin “İllik mülki müdafiə Tədbirləri planı”na əsasən təşkil olunacaq.

Bu gün təlimə hazırlıq məqsədi ilə Gəncə Şəhər İcra Hakimiyyətində metodiki toplantı keçirilib. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin, FHN Gəncə Regional Mərkəzinin, Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin rəhbərliyi, bələdiyyə sədrləri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Toplantıda təlimə cəlb olunacaq müəssisələrin rəhbərlərinə təlimin keçiriləcəyi ərazi və digər məsələlərlə bağlı ətraflı məlumat verilib.

Bildirilib ki, “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təliminin “AzərAlüminium” MMC-nin ərazisində keçirilməsi nəzərdə tutulub. Təlimə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi, FHN-in Gəncə Regional Mərkəzi, FHN-in Mülki müdafiə qoşunları, FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası, Şəhərin mülki müdafiə xidmətləri və məhdud sayda şəhər əhalisi cəlb ediləcək.

Kompleks təlimlə əlaqədar müvafiq müəssisələrin rəhbərlərinə lazımi tapşırıqlar verilib, təlimin gedişində diqqət edilməli olan məsələlər müzakirə edilib.

Keçidlər