Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir

09 dekabr 2023 | 10:42

Gəncə Şəhər İcra Hakimiyyətində mütəmadi olaraq sakinlərlə görüşlər keçirilir, onları narahat edən məsələlərin həlli istiqamətində qanunamüvafiq tədbirlər görülür. Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq edilmiş qrafik üzrə icra başçısının müavinləri, şöbə müdirləri və Aparatın məsul əməkdaşları həftə ərzində vətəndaşlarla görüşürlər.

Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilir, səsləndirdikləri məsələlərin bir çoxu yerindəcə öz həllini tapır, yerli icra hakimiyyətlərinin səlahiyyətləri xaricində olan məsələlər isə nəzarətə götürülməklə aidiyyəti qurumlara yönləndirilir.

Xatırladaq ki, sakinlər Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, o cümlədən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Şəhər təsərrüfatı, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili, Şəhərin mədəni irsinin qorunması şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.

Keçidlər