Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər davam edir

07 oktyabr 2023 | 13:27

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayram tərəfindən təsdiq olunmuş qrafik üzrə həftə ərzində vətəndaşlarla görüşlər keçirilir, onların problemlərinin həlli istiqamətində əməli addımlar atılır. Keçirilən görüşlərdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri və şöbə müdirləri iştirak edirlər.

Qəbullarda sakinlərin sosial-iqtisadi, ictimai-siyasi və humanitar, tikinti və memarlıq, təsərrüfat, hüquq və digər sahələr üzrə müraciətləri dinlənilir. Fərdi qaydada baş tutan qəbullarda səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapır. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilir.

Xatırladaq ki, sakinlər Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, o cümlədən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Şəhər təsərrüfatı, Hüquq, Memarlıq və tikinti, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili, Şəhərin mədəni irsinin qorunması şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.

Qeyd edək ki, eçirilən bütün görüşlərin əsasında Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş məmnunluğu dayanır.

 

Keçidlər