Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətində vətəndaşlarla görüşlər keçirilir

02 sentyabr 2023 | 13:49

Prezident İlham Əliyevin ölkəmizdə yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Gəncə şəhərində birmənalı şəkildə icra edilir.

Belə ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tərəfindən təsdiq olunmuş qrafik üzrə icra başçısının müavinləri və şöbə müdirləri həftə ərzində vətəndaşlarla görüşlər keçirirlər. Görüş zamanı sakinlərin şikayət və təklifləri həssaslıqla dinlənilir, səsləndirdikləri müraciətlərin bəziləri yerindəcə öz həllini tapır, digər məsələlər isə nəzarətə götürülməklə müvafiq qurumlara yönləndirilir.

Xatırladaq ki, sakinlər Vətəndaşların qəbulu və müraciətləri ilə iş sektoruna yaxınlaşaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının, icra başçısının birinci müavininin, o cümlədən Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması, İctimai-siyasi və humanitar məsələlər, Şəhər təsərrüfatı, Hüquq, Memarlıq və tikinti, Şəhərin mədəni irsinin qorunması şöbələri üzrə qəbul günləri barədə məlumat əldə edə bilərlər.

 

Keçidlər