Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin “Antikorrupsiya ilə bağlı Fəaliyyət Planı” və digər zəruri sənədlər hazırlanır

05 avqust 2024 | 15:24

Azərbaycanda ilk dəfə olaraq Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Yaşıl Şəhərlər” Proqramına qoşulan Gəncə şəhərində daha bir proqram həyata keçirilir. Bununla bağlı, AYİB-in maliyyə dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin “Antikorrupsiya ilə bağlı Fəaliyyət Planı” və digər zəruri sənədlər hazırlanır. 2024-cü il iyul ayının 28-dən avqust ayının 2-dək Gəncə Şəhər İcra Hakimiyyətində İngiltərənin “GoodCorporation” şirkəti tərəfindən “Korrupsiyaya Qarşı Mübarizə üzrə Təlim Proqramı” həyata keçirilib. Təlimə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları cəlb olunublar.

Təlim zamanı iştirakçılara antikorrupsiya, bu sahədə ümumi tələblər, həyata keçirilməli olan tədbirlər və sair məsələlərə dair məlumatlar verilib, nümunələr üzərində müzakirələr aparılıb. Təlim proqramı hazırlanarkən Azərbaycanın qanunvericiliyinə, eləcə də qabaqcıl beynəlxalq təcrübəyə əsaslanılıb.

Təlimin yekununda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “GoodCorporation” şirkətinin məsul şəxsləri Viktor Solovyov və Luis Stepleton, həmçinin proqram koordinatoru Turqut Mustafayevlə görüşüb. Niyazi Bayramov qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübə əsasında həyata keçirilən bu proqram Gəncə Şəhər İcra Hakimiyyətində antikorrupsiya infrastrukturunun inkişafı istiqamətində mühüm addımdır. Şəhər rəhbəri bu təşəbbüsü dəstəklədiyini, korrupsiyaya qarşı əzm və qətiyyətli yanaşma sərgilədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, təlim proqramının yekununda hər bir iştirakçıya Londonda yerləşən, korrupsiyaya qarşı mübarizə və biznes etikası üzrə ixtisaslaşmış şirkət olan “GoodCorporation” tərəfindən sertifikatlar təqdim edilib.

 

Keçidlər