Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə növbəti dəfə səyyar görüş keçirib

07 avqust 2025 | 11:20

İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatlar rəhbərləri iştirak ediblər.

Qəbul zamanı sakinlər tərəfindən əsasən işlə təminat, maddi yardım və digər sosial məsələlərə dair müraciətlər səsləndirilib. Niyazi Bayramov sakinlərin səsləndirdikləri məsələlərin qısa zamanda qanunauyğun şəkildə həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib. Bir sıra məsələlər isə araşdırılaraq həll olunması üçün qeydiyyata alınıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda Niyazi Bayramov sakinlərlə xatirə şəkli çəkdirdi.

Keçidlər