Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir səyyar görüş keçirib

15 mart 2023 | 18:12

15.03.2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncə Dövlət Universitetinin Tələbə Yataqxana Kompleksində növbəti dəfə vətəndaşlarla görüşüb.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Qəbulda əsasən işlə təminat, maddi yardımın göstərilməsi, mənzil növbəliliyi, dərman preparatları ilə təminat və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı  səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər  yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.

 

 

Keçidlər