Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov mütəmadi olaraq sakinlərlə səyyar görüşlər keçirir

15 fevral 2023 | 19:07

15 fevral 2023-cü il tarixində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov N. Nərimanov adına 25 saylı tam orta məktəbdə şəhər sakinləri ilə görüşərək, onların qayğıları ilə maraqlanıb, şikayət və təkliflərini dinləyib.

Görüşdə Millət vəkili Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.

Əvvəlcə məktəbin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Səyyar görüşdə vətəndaşlar tək-tək dinlənilib. Müraciətlər arasında işlə təminat, maddi yardımın göstərilməsi, içməli su xəttinin çəkilməsi, müalicə və digər məsələlər  yer alıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi istiqamətində tapşırıqlar verilib.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri tərəfindən keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır. Bu cür səyyar görüşlər və qəbullar bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər