Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb

12 aprel 2023 | 18:47

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşüb, onların müraciətlərini dinləyib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Gəncə şəhər 34 nömrəli tam orta məktəbdə təşkil olunan səyyar görüşdə əvvəlcə təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.

Görüşdə vətəndaşlar tək-tək çıxış edərək, öz şikayət və təkliflərini dilə gətiriblər. Müraciətlər arasında işlə təminat, müalicə üçün köməkliyin göstərilməsi, mənzil növbəliyi, maddi yardımın göstərilməsi və digər məsələlər üstünlük təşkil edib.

Dinlənilən bu və digər məzmunlu müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb, bəziləri isə araşdırılaraq, qanunamüvafiq formada həll edilməsi üçün qeydiyyata görütülüb.

Sakinlər göstərilən diqqətə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və şəhər rəhbərliyinə öz təşəkkürlərini bildiriblər.

Keçidlər