Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti vətəndaş qəbulu keçirib
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov hər həftə vətəndaşlarla görüşür, təklif və problemləri dinləyir, onların həlli istiqamətində müvafiq tapşırıqlar verir. Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə təşkil olunan növbəti görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri də iştirak ediblər. Görüşdən əvvəl təhsil müəssisəsinin şəhid məzunlarının xatirəsinə yaradılan güşə ziyarət olunub, önünə tər çiçəklər düzülüb.
Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək, onları həll etmək, əhalinin rahatlığının təminatına və rifahının yaxşılaşdırılmasına xidmət etməkdən ibarətdir.
Görüşdə iştirak edən şəhər sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, mənzil növbəliliyi, maddi yardım və digər məsələlər üstünlük təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı səslənən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digər müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya