Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərin müraciətlərini dinləyib

12 mart 2024 | 17:55

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhər sakinləri ilə görüşüb, müraciətlərini dinləyib, onları narahat edən məsələlərin həlli üçün müvafiq tapşırıqlar verib.

Gəncə Dövlət Universitetinin V tədris korpusunda keçirilən görüşdə Millət vəkili Pərvin Kərimzadə, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə rəhbərləri, bələdiyyə sədrləri iştirak ediblər.

Səsləndirilən müraciətlərin arasında mənzil növbəliyi, işlə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün maddi yardımın göstərilməsi və digər məsələlər yer alıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin bir çoxu yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi istiqamətində tapşırıqlar verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən səyyar görüşlər bundan sonra da davam etdiriləcəkdir.

Keçidlər