Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb

03 aprel 2024 | 18:28

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə sakinlərlə səyyar görüş keçirib. Görüşdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarlı, bələdiyyə sədrləri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.
M.Füzuli adına 22 nömrəli tam orta məktəbdə baş tutan görüşdə vətəndaşların müraciətləri tək-tək dinlənilib.
Müraciətlər arasında çoxmənzilli yaşayış binalarının həyətlərinin abadlaşdırılması, bir sıra küçələrdə asfalt örtüyünün yenilənməsi, işlə təminat, fərdi yaşayış evinin təmirinə köməklik göstərilməsi kimi məsələlər yer alıb.
Dilə gətirilən əksər məsələlər yerindəcə öz həllini tapıb, digərlərinin araşdırılaraq, qanuna uyğun formada aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər