Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə növbəti dəfə səyyar görüş keçirib

22 iyun 2023 | 19:04

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir.

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və idarəetmə korpusunda reallaşan növbəti səyyar görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri, şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Görüşdə iştirak edən şəxslərin müraciətləri tək-tək dinlənilib. Müraciətlər işlə təminat, fərdi evin sənədlərinin rəsmiləşdirilməsi, ev növbəliliyi, maddi yardımın göstərilməsi, su-kanalizasiya xətlərinin yenilənməsi və digər məsələlərdən ibarət olub.

Niyazi Bayramov sakinləri narahat edən məsələlərin həlli istiqamətində müəyyən tapşırıqlar verib. Müraciətlərin bir çoxu isə yerindəcə öz həllini tapıb.

Sakinlər öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, mütəmadi olaraq keçirilən görüşlərin əsasında vətəndaş məmnunluğu dayanır.

Keçidlər