Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid anasının yas mərasimində iştirak edib
Gəncədə I Qarabağ müharibəsi şəhidi Adıgözəlov Müşviq Həsən oğlunun anası Şövkət Adıgözəlova vəfat edib.
Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları mərhumun ailəsini ziyarət edərək yas mərasimində iştirak ediblər.
Ziyarət zamanı şəhər rəhbərliyi şəhidin ailə üzvləri ilə görüşüb, onlara dərin hüznlə başsağlığı verib və Allahdan səbr diləyiblər. Görüşdə dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının hər zaman prioritet olduğu bir daha vurğulanıb. Bildirilib ki, şəhidlərimizin bizə əmanəti olan valideynlərin xatirəsi hər zaman əziz tutulur.
Məlumat üçün qeyd edək ki, şəhid Müşfiq Adıgözəlov 28 yanvar 1993-cü il tarixində Fərrux dağı istiqamətində gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub. O, Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin!






