Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səsvermə hüququndan istifadə edib
Məlum olduğu kimi, 07 fevral 2024-cü il tarixində Azərbaycan Respublikasında növbədənkənar prezident seçkiləri keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov da seçkilərdə iştirak edib. Şəhər rəhbəri 40 saylı Gəncə üçüncü seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.
Qeyd edək ki, Gəncə şəhəri üzrə 4 Dairə Seçki Komissiyası vardır ki, bunlardan 38 saylı Gəncə birinci, 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy seçki dairələridir. Şəhər üzrə 133 seçki məntəqəsi fəaliyyət göstərir, səsvermə hüququ olan vətəndaşların sayı isə 180 min 582 nəfərdir. Şəhərin bütün məntəqələrində yüksək seçici fəallığı müşahidə olunur. Səsvermə saat 19:00-da başa çatacaq.
Xatırladaq ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir.