Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq Gəncə şəhərində mütəmadi vətəndaşlarla səyyar və fərdi görüşlər keçirilir. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 3 nömrəli tam orta məktəbdə növbəti dəfə sakinlərlə görüşüb, onların müraciətlərini dinləyib.
Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.
Şəhər sakinləri onları narahat edən məsələləri gündəmə gətiriblər. Səsləndirilən müraciətlərdə işlə təminat, müalicə, mənzil növbəliliyi, fərdi yaşayış evin təmiri, torpaq sahəsi ilə təminat, maddi köməklik və digər məsələlər üstünlük təşkil edib.
Niyazi Bayramov tərəfindən sakinlərin səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib, bir çox məsələlər yerindəcə öz həllini tapıb. Digərləri isə araşdırılaraq, qanunamüvafiq qaydada həll edilməsi üçün qeydiyyata götürülüblər.
Vətəndaşlar səyyar görüşdən razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.