Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı İtaliya universitetinin beynəlxalq maqistr proqramına qoşulub

16 iyul 2024 | 17:10

Gəncə Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri Əliyev Anar Tariyel oğlu İtaliyanın Tor Verqata Roma Universitetinin Dövlət satınalmalarının idarəedilməsinin beynəlxalq magistratura proqramının əyani mərhələsinin mühazirələrini uğurla tamamlayaraq növbəti mərhələyə keçib.

Magistr proqramının 13 moduldan ibarət olan əyani mərhələsində mühazirələr qabaqcıl müəllimlər, beynəlxalq ekspertlər və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Satınalmalar departamentinin peşəkar heyəti ilə birgə digər Beynəlxalq maliyyə institutlarının (BMİ) əməkdaşları tərəfindən tədris olunub.

Qeyd edilən proqramın məqsədi dövlət satınalmaları sahəsində uyğun təcrübəsi olan və bu sahədə karyera qurmaqda maraqlı olan əməkdaşları cəlb etməklə BMİ ilə birgə icra edilən layihələrdə satınalmaların müvafiq qaydalara uyğun uğurla həyata keçirilməsinə dəstək verməkdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə 2020-ci ildə Azərbaycanın ilk şəhəri olaraq AYİB-in "Yaşıl şəhərlər" proqramına qoşulan Gəncə şəhərində icra edilən layihələrin effektiv icrası üçün insan kapitalının inkişafına, eləcə də yerli icra hakimiyyəti orqanında dövlət qulluqçularının peşəkar inkişafına töhvə vermək məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən magistr pilləsində təhsil alması üçün əməkdaşa müvafiq dəstək göstərilib.

 

 

Keçidlər