Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə Şəhər İcra Hakimiyyətinin hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirilib

16 oktyabr 2024 | 17:28

16 oktyabr 2024-cü il tarixdə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və FHN-nin Gəncə Regional Mərkəzinin dəstəyi ilə Gəncə Şəhər İcra Hakimiyyətinin hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə “Azərbaycan Alüminium” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsi ərazisində xəbərdarlıq və toplanış üzrə məşq keçirilib.   

Tədbir Gəncə Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi 2024-cü tədris ilində Gəncə şəhərinin idarə, müəssisə və təşkilatlarında keçiriləcək təlim və məşqlərin Təqvim planının icrası ilə bağlı həyata keçirilib.

Bununla əlaqədar FHN-nin Gəncə Regional Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti ilə metodiki toplantı təşkil edilib.   

Məşqin məqsədi Fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı Mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı üzrə hazırlığının və rəhbər heyətinin fəaliyyətinin yoxlanılması, idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, habelə şəxsi heyətdə əməli vərdişlərin aşılanması, Fövqəladə hadisələrin nəticələrini aradan qaldırarkən qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə Mülki müdafiə qüvvələrinin xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsidir.  

Əvvəlcə, Mülki müdafiə xidmətləri və qüvvələrinin şəxsi heyəti xəbərdarlıq siqnalı üzrə təyin olunmuş yerə toplandı və komandir-rəis heyətinin məruzəsi dinlənilib.

Ərazi MM qüvvələrinin şəxsi heyətinə şəhər İH başçısının-şəhər MM rəhbərinin müvafiq sərəncamı çatdırılıb, MM qüvvələrinin təchizatı yoxlanılıb, funksional vəzifələri soruşulub.

Tədbirin sonunda Məşqin rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri,  MM işinin aparıcısı Yadigar Bədəlov və FHN-nin Gəncə Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin baş zabiti, mayor İlham Məhərrəmov məşqin gedişində aşkar olunmuş çatışmazlıqları məşq iştirakçılarının diqqətinə çatdırdı, onların aradan qaldırılması üzrə müvafiq tədbirlər görürlməsi üçün lazımi tövsiyə və tapşırıqlar verildi.   

 

Keçidlər