Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər Nizami bələdiyyəsi “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda keçirilən konfransda təmsil olunub

21 dekabr 2024 | 13:20

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusunda konfrans keçirilib. Gəncə şəhər Nizami bələdiyyəsinin sədr müavini, “Gender Əsaslı Komissiyası”nın sədri, Gəncə Şəhər İcra Hakimiyyəti yanında “Gender Zorakılığı və Uşaqlara Qarşı Zorakılıq Üzrə Monitorinq Qrupu”nun üzvü Leyla Məmmədova sözügedən konfransda iştirak edib.

Açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, bələdiyyələrdə gender komissiyalarının yaradılmasının əhəmiyyətinə diqqət çəkib. O, məişət zorakılığının qarşısının alınması, eyni zamanda gender bərabərliyinin təmin olunması üçün həyata keçirilən qanunamüvafiq tədbirlərdən danışıb. Sədr müavini bələdiyyələrin əhaliyə daha yaxın struktur kimi ailələrlə iş istiqamətində fəaliyyətə töhfə verdiyini, ailələrdə gender münasibətlərinin formalaşdırılması, gender əsaslı zorakılığın qarşısının alınması, xüsusilə də risk qrupuna daxil olan ailələrin müəyyən edilməsində vacib rol oynadığını bildirib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin məsləhətçisi Fəridə Hacıyeva, Nazirliyin müvafiq sahədə faəliyyətindən söz açıb. O, gender bərabərliyinin təmin edilməsi istiqamətində qəbul edilən qanunvericilik aktlarına mütəmadi olaraq edilən dəyişikliklərin qanunların işlək saxlanılmasına zəmin yaratdığını söyləyib.

Konfransda çıxış edən Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədr müavini Leyla Məmmədova Gender Əsaslı Komissiyanın fəaliyyəti ilə bağlı çıxış edib, cari il ərazində görülən işlər barədə konfrans iştirakçılarına məlumat verib. O bildirib ki, 2024-cü il ərazində 20-dək tənha ananın işlə təmin olunmasına müvafiq köməklik göstərilib, məişət zorakılığına məruz qalan 16 gənc xanıma həkim-psixoloqun müayinəsi təşkil edilib, əlilliyi olan 14 şəxsin tibbi, peşə-əmək, psixoloji reabilitasiyasına, həmçinin sosial bacarıqlarını inkişafına lazımı dəstək göstərilib. Eyni zamanda, 15 xanım və 6 bəy ödənişsiz şəkildə peşə kursuna yönləndirilib, 200 nəfər gənc könüllülük fəaliyyətinə cəlb edilib. Bunlarla yanaşı, əhalinin müxtəlif təbəqələrindən olan şəxslər, xüsusi ilə də gənclər aidiyyəti qurumların iştirakı ilə təşkil olunan və müxətlif mövzuları əhatə edən maarfiləndirici təlimlərə cəlb olunublar.

Tədbirin mövzusunun aktuallığına diqqət çəkən “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Tofiq Həsənov Azərbaycanda bələdiyyə sisteminin yaradıldığı ilk illərlə müqayisədə qadınların say tərkibinin nəzərə çarpacaq dərəcədə artdığını və Azərbaycanın Avropa ölkələri sırasında bu sahədə 5-ci olduğunu deyib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı qarşıya çıxan çətinliklərdən söz açan T.Həsənov, gender komissiyalarının fəaliyyətində beynəlxalq təcrübənin tətbiqinin önəmli olduğunu vurğulayıb, bir sıra təkliflər irəli sürüb.

Konfransın yekun müzakirələri zamanı bələdiyyələrin əhali ilə iş prosesində təşəbbüskarlığının önəmi vurğulanıb, mənzil-istismar müəssisələri ilə əməkdaşlıq, bələdiyyələrin işinə psixoloqların, könüllülərin cəlb olunması kimi təkliflər səsləndirilib.

Keçidlər