Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri TDBB-nin yeddinci qurultayında iştirak edib

28 aprel 2025 | 13:00

25-27 Aprel 2025-ci il tarixlərində Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) növbəti yeddinci qurultayı baş tutub. Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Azərbaycan nümayəndə heyətinin tərkibində sözügedən qurultayda iştirak edib.   

Tədbirdə TDBB-nin Prezidenti Konya Böyükşəhər bələdiyyəsinin sədri Uğur İbrahim Altayın proqram xaraketerli çıxışı ilə diqqəti çəkib. TDBB -nin prezidenti çıxışında bildirib ki, "Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yaradılmış və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə yaradılmış Türk Dövlətləri Təşkilatı Prezidentimizin uzaqgörən rəhbərliyi və üzv dövlət başçılarının hörmətli töhfəsi sayəsində təkcə regional həmrəylik deyil, həm də qlobal səviyyədə səmərəli əməkdaşlıq modeli nümayiş etdirmişdir."

TDBB-nin baş katibi Fəxri Solak qurumun ötən dövrdəki fəaliyyətinə, həyata keçirdikləri layihələri barəsində hesabat xarakterli çıxış edib. Fəxri Solakın çıxışında diqqəti çəkən əsas məqam Şimali Kipr Türk Cumhuriyyəti ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə əməkdaşlıq əlaqələrinin qurulması məsələsinə böyük önəm verildiyini bildirib.

Qurultayın yekununda yeni tərkibdə TDBB - nin İdarə heyəti formalaşıb. Uğur İbrahim Altay yenidənTDBB -nin Prezidenti seçilib. İdarə heyətinin tərkibində ölkəmizi üçüncü dəfə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası təmsil edəcək.

Tədbirdən bir gün əvvəl bir sıra bələdiyyə sədrlərinin də iştirak etdiyi Azərbaycan nümayəndə heyəti İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin inzibati binasını ziyarət edərək TDBB-nin baş katibi Fəxri Colakla görüşmüşlər. Görüşdə ikitərəfli əlaqələrin bundan sonrakı dövrdə inkişaf etdirilməsi ətrafında fikir və mülahizələri müzakirə olunub.

Qeyd edək ki, Türk Dünyası Bələdiyyələr Birliyinin yeddinci qurultayında 30 ölkədən 1235 nəfər bələdiyyə nümayəndəsi iştirak edib.

Keçidlər