Gəncə şəhər Nizami və Kəpəz bələdiyyələrinə sədrlər seçilib
18 fevral 2025 | 10:07
Nizami və Kəpəz bələdiyyələrinin ilk iclasları keçirilib. Belə ki, Nizami Bələdiyyəsində 19 nəfər üzvün iştirakı ilə keçirilən iclasda Qoşqar Məmmədov yekdilliklə sədr, Elmir Hüseynov, İlham İskəndərov və Bəxtiyar Orucov müavin seçiliblər.
Kəpəz Bələdiyyəsində isə 18 nəfər üzvün iştirakı ilə keçirilən iclasda Yaşar Abdullayev yekdilliklə sədr, Elşad Məmmədov, Ülfət Əhmədov və Əlövsət Veyisov isə müavin seçiliblər.
Xatırladaq ki, 29 yanvar 2025-ci il tarixində ölkəmizdə növbəti dəfə bələdiyyə seçkiləri keçirilib.