Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə şəhəri ilə Qırğızıstanın Oş şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb

31 iyul 2026 | 12:21

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğızıstan Respublikasına dövlət səfəri edib. Səfər çərçivəsində iyulun 31-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə iki ölkə arasında bir sıra mühüm sənədlərin mübadiləsi mərasimi keçirilib.

Mübadilə olunan sənədlər sırasında "Azərbaycan Respublikasının Gəncə şəhəri ilə Qırğız Respublikasının Oş şəhəri arasında əməkdaşlığın və qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumu" da yer alıb.

Memorandumu Azərbaycanın Qırğızıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov və Qırğızıstanın Oş şəhərinin meri Janar Akayev mübadilə ediblər.

Sənəd Gəncə və Oş şəhərləri arasında iqtisadi, mədəni, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi və dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edəcək.
Keçidlər