Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən növbəti iclas keçirilib

18 aprel 2024 | 10:11

Növbəti görüş “Gəncə Cihazqayırma zavodu” ASC-də gerçəkləşib. Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və zavodun əməkdaşları iştirak ediblər.

Görüşdə qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar ətrafında müzakirələr aparılıb. Toplantıda işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb.

Eyni zamanda, görüşdə təşkilat və müəssisə rəhbərləri ilə  “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Əlilliyi olan şəxslərin, xüsusilə gənclərin sosial reabilitasiyası işinin gücləndirilməsi məqsədilə regionlarda əlilliyi olan şəxslər üçün peşə-əmək reabilitasiya mərkəzləri şəbəkəsinin genişləndirilməsi” ilə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən “Dövlət uşaq müəssisələrinin məzunları və əlilliyi olan gənclər üçün məşğulluq imkanlarının genişləndirilməsi” mövzusu ətrafında da maarifləndirici söhbətlər aparılıb.  

Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri mütəmadi olaraq davam etdiriləcək.

 

Keçidlər