Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib
İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, Gəncə Şəhər Statistika İdarəsinin və Gəncə Uşaq Evinin rəhbər və nümayəndələri iştirak ediblər.
Görüşdə Komitənin 2023-cü il üçün iş planına uyğun əsas fəaliyyət istiqamətləri, əldə olunmuş nailliyyətlər və problemlər, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr müzakirə olunub. Bildirilib ki, qeyri-formal məşğulluğun qarşısının alınması üçün işəgötürənlərin və işaxtaranların maarifləndirilməsində qurumların birgə fəaliyyətinə ehtiyac var.
İclasda dövlət uşaq müəssisələrinin məzunları və əlilliyi olan gənclər üçün məşğulluğun təmin edilməsi sahəsində mövcud çətinliklər və imkanlar haqqında müzakirələr aparılıb.