Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib
YAP Gəncə şəhər təşkilatının inzibati binasında baş tutan iclasda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, DİİXİHİ Gəncə Şəhər Komitəsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, Gəncə Şəhər Statistika İdarəsinin, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin, 12 saylı ƏVBİ-nin və tikinti sahəsində fəaliyyət göstərən müxtəlif müəssisələrin rəhbər və nümayəndələri iştirak ediblər.
Görüşdə tikinti sektorunda qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində dövlət siyasətinin yaratdığı qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar müzakirə olunub. Bunula yanaşı, şəhər ərazisində fəaliyyət göstərən kiçik və orta biznes müəssisələrində işəgötürənlərin və işçilərin mənafeyinə xidmət göstərəcək həmkarlar ittifaqlarının yaradılması təklif edilib.
Eyni zamanda, sosial müdafiyəyə xüsusi ehtiyacı olan gənclərin məşğulluq problemlərinin təmin edilməsinin diqqətdə saxlanılması məqsədilə biznes subyektlərinin sosial məsuliyyət nümayiş etdirmələrinə çağırış olunub.