Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti tədbiri baş tutub

14 iyul 2023 | 18:10

Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi “Gəncə İdman Sarayı”nın tikintisində çalışan işçilərlə səyyar görüşü keçirib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Şəhər Statistika İdarəsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Gəncə şəhər ərazisində yerləşən bələdiyyələrin və tikilməkdə olan “Gəncə İdman Sarayı”nın tikintisini həyata keçirən podratçı müəssisənin nümayəndələri iştirak ediblər.

Görüş iştriakçıları ilə aparılan müzakirələrdə işsizliyin azaldılması məqsədilə işaxtaran və ya işsiz şəxslərə müvafiq bilik və bacarıq verməklə, qısa müddətdə əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların hazırlanmasında peşə hazırlığının əhəmiyyətindən danışılıb. Ölkədə, o cümlədən Gəncə şəhərində genişmiqyaslı tikinti-quruculuq işlərinin aparıldığı, əməktutumlu tikinti sektorunun böyük potensiala malik olduğu bildirilərək, bu sahədə daha çox insanın işlə təmin edilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb.

Bununla yanaşı, qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində qanunvericilikdə nəzərdə tutulan imkanlar və sanksiyalar dan danışılıb.

Qeyd edək ki, bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirləri bundan sonra da davam etdiriləcək.

Keçidlər