Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə şəhərində küçə ticarətinə qarşı monitorinqlər davam edir

15 may 2026 | 10:44

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən şəhər ərazisində küçə ticarətinə qarşı monitorinqlər davam etdirilir. Şəhərdə pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə keçirilən reydlər zamanı aşkar edilən neqativ halların qarşısının alınması məqsədilə qanunamüvafiq tədbirlər görülür.

Belə ki, şəhərin müxtəlif küçə və prospektlərində küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparılıb.

Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlıqlara məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib.

Keçidlər