Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin növbəti iclası keçirilib.

30 yanvar 2023 | 21:47

İclasda Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Məşğulluq filialının, Dövlət Sosial Müdafiə Fondu PHŞ-in Gəncə-Daşkəsən Regional filialının, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən Regional şöbəsinin, Gəncə Şəhər Statistika İdarəsinin və digər yerli idarəetmə qurumlarının rəhbər və nümayəndələri iştirak ediblər.
İclasda 2023-cü il üçün komitənin əsas fəaliyyət istiqamətləri, əldə olunmuş nailliyyətlər və problemlər, Dövlət Məşğulluq Agentliyinin icra etdiyi mövcud layihələr müzakirə olunub. Həmçinin bildirilib ki, qeyri-formal məşğulluğun qarşısının alınması üçün işəgötürənlərin və işaxtaranların maarifləndirilməsində qurumların birgə fəaliyyətinə ehtiyac var. Eyni zamanda, iclasda cari ildə dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının və işsizlikdən sığorta üzrə sığorta haqlarının vaxtında və tam ödəməsinin vacibliyi barədə müzakirələr aparılıb.

Keçidlər