Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində növbəti “Əmək yarmarkası” keçirilib

29 noyabr 2024 | 15:58

Gəncədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı tərəfindən işsiz və işaxtaran şəxslər üçün növbəti əmək yarmarkası təşkil edilib. Gəncə Dövlət Milli Dram Teatrının binasında təşkil edilən aktiv məşğulluq tədbirində YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini, Gəncə şəhəri üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin sədri Adil Tağıyev, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının nümayəndələri, həmçinin idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Keçirilən bu cür əmək yarmarkalarının işsiz əhalinin məşğulluğunun təmin edilməsində xüsusi rola malik olduğu bildirilib. Qeyd olunub ki, tədbirin əsas məqsədi işsiz və işaxtaran vətəndaşların, əmək bazarına çıxışını dəstəkləməkdir. Çıxış edənlər regionlarda bu cür “Əmək yarmarkaları”nın keçirilməsini müsbət hal kimi dəyərləndirib, işaxtaran və işəgötürənlərə uğurlar arzulayıblar.

Qeyd edək ki, əmək yarmarkasında 30 müəssisə tərəfindən 300-ə yaxın vakansiya təqdim edilib.

Müraciət edənlərə işəgötürənlər tərəfindən müvafiq vakansiyalara dair tələblər barədə ətraflı məlumat verilib. 131 nəfər işsiz və işaxtaran şəxslər rəsmi qeydiyyatdan keçiblər. Vakansiyalara müraciət edən digər şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlər növbəti mərhələyə dəvət olunublar.

 

Keçidlər