Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində qanunsuz tikintilərə qarşı monitorinqlər davam etdirilir

01 oktyabr 2024 | 18:16

Monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır.

Həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin Ruzigar Qasımov küçəsində və Səbuhi Əliyevlə Abbas Səhhət küçələrinin kəsişməsində, müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyri-yaşayış sahələri, eyni zamanda Cavadxan küçəsi 9 cu döngədə qanunsuz talvar aşkarlanaraq söküntüsü təmin edilmişdir.

Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Keçidlər