Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində şəhid ailələri və müharibə iştirakçıları üçün tibbi müayinə aksiyası keçirilib

25 noyabr 2024 | 09:41

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə şəhid ailələri və müharibə veteranları üçün “Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən tibbi müayinə aksiyaları davam edir. Növbəti aksiya 23-24 noyabr 2024-cü il tarixlərində Gəncə şəhərində gerçəkləşib. Bununla əlaqədar olaraq, YAP İdarə Heyətinin üzvü, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri, professor Tofiq Cahangirovun rəhbərlik etdiyi nümyəndə heyəti Gəncə şəhərinə səfər edib.

Əvvəlcə qonaqlar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucladılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüblər. Görüşdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs olunub.

Görüşdən sonra qonaqlar Gəncə şəhər Şəhidlər Xiyabanında olaraq şəhidlərin əziz xatirəsini yad ediblər.  

İki gün davam edən aksiya çərçivəsində şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları üçün rəngli-doppler exokardioqrafiya, USM, kardioloji, endokrinoloji, nevroloji, qarın boşluğunun ultrasəs müayinələr aparılıb.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə indiyə qədər Saatlı, Sabirabad, Kürdəmir, Quba, İsmayıllı rayonları və Lənkəran şəhərində bu qəbildən olan aksiyalar keçirilib.

Keçidlər