Gəncə şəhərində "Zəfərin mübarək, Vətən!" mövzusunda tədbir keçirilib
04 noyabr 2022 | 17:34
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin təşkilatçılığı ilə "8 Noyabr-Zəfər Günü"nə həsr olunan "Zəfərin mübarək, Vətən!" mövzusunda tədbir keçirilib. Heydər Əliyev Mərkəzində gerçəkləşən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, SHXÇDX-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elşən Abbasov, Kəpəz İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ümumilli lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbədən danışılıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyi, xalqımızın milli birliyi, ordumuzun qüdrəti ilə ədalətin bərpa edilməsindən bəhs olunub. Qeyd edilib ki, 44 günlük Vətən müharibəsində qazanılan zəfər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda formalaşdığını bir daha təsdiqləyir.
Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları çıxışlarında Vətən müharibəsi zamanı qəhrəman şəhid övladlarının keçdiyi şərəfli döyüş yollarından bəhs edib, döyü zamanı göstərdikləri sücayətdən danışıblar. Onlar ölkədə şəhid ailələri və müharibə iştirakçılarına göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda rəsmilər tərəfindən 8 Noyabr-Zəfər Günü münasibətilə şəhid ailələrinə və müharibə iştirakçılarına müxtəlif hədiyyələr təqdim olunub.