Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərindən 4 nəfər “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

15 mart 2024 | 17:29

Məlum olduğu kimi,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2023-cü il “Heydər Əliyev İli” elan olunub. Bu əlamətdar il ilə bağlı təsdiqlənmiş “Tədbirlər Planı”na uyğun olaraq, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı  təsis edilib. Azərbaycan Respublikası Prezidentinin 02 fevral 2024-cü il tarixli Sərəncamı ilə bir sıra şəxslər “Heydər Əliyevin 100 illiyi (1923-2023)”  yubiley medalı ilə təltif olunublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Novosti Qyandji” qəzetinin redaktoru İrina Kalaşnikova və Gəncə Şəhər Ağsaqqallar Şurasının sədr müavini, cari ilin yanvar ayında dünyasını dəyişmiş Mobil İmanov da sözügedən siyahıda yer alıblar.

Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında medalların təqdimetmə mərasimi baş tutub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Niyazi Bayramov müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb və təltif olunan şəxsləri təbrik edib.

Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri Nurəddin Məmmədov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, ATU-nun rektor vəzifəsini müvəqqəti icra edən Yaşar Ömərov da çıxışlarında böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Ulu Öndər Heydər Əliyevin tükənməz dövlət idarəçiliyindən bəhs ediblər.

Daha sonra Niyazi Bayramov tərəfindən Rəfiqə Sadıqovaya, İrina Kalaşnikovaya və mərhum Mobil İmanovun oğlu Siyavuş İmanova medallar təqdim olunub.

Ziyalılar öz növbələrində Ulu Öndər Heydər Əliyevin siyasi davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə onlara göstərilən diqqətə və ali mükafata görə təşəkkürlərini ifadə ediblər.

 

Keçidlər