Gəncə şəhərindən göndərilən ilk humanitar yardım daşıyan yük maşını Türkiyənin zəlzələ bölgəsinə çatıb
10 fevral 2023 | 15:27
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsünə qoşulan “Gəncə İş Adamları” İctimai Birliyi tərəfindən göndərilən ilk humanitar yardım daşıyan yük maşını artıq zəlzələ bölgəsinə çatıb və faciədən əziyyət çəkən sakinlərə yardımlar paylanıb.