Gəncə şəhərinə yeni avtobuslar gətirilib
01 fevral 2024 | 12:26
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən daşıyıcı şirkətlərlə aparılan danışıqlar əsasında Gəncə şəhərində 4 saylı marşrut xəttinə yeni və müasir avtobuslar cəlb edilib. Belə ki, bü gündən 10 ədəd müasir avtobus xəttə buraxılıb. Daşıyıcı şirkət tərəfindən isə ümumilikdə 18 avtobus alınıb. Digər avtobuslar da mərhələli şəkildə istismara veriləcək.58-60 sərnişin tutumlu avtobuslar 2018-ci il istehsalıdır və ekoloji təmiz avro 6 standartlarına cavab verir.
Qeyd edək ki, 4 saylı marşrut xətti Gəncə şəhəri üzrə ən uzun marşrutlardan biridir, onun ümumi uzunluğu 13 km təşkil edir. Avtobuslar 6 dəqiqə intervalla hərəkət edir. Bu marşrut üzrə gündəlik daşınan sərnişin sayı təqribən 17500 nəfərdir.