Gəncə şəhərinin yollarında genişmiqyaslı asfaltlanma işləri aparılır
29 avqust 2023 | 15:53
Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin N.Gəncəvi prospektində, H.Ə.Hüseynzadə küçəsində, 3 və 4-cü mikrorayonlarında, o cümlədən Cavadxan qəsəbəsi və Gülüstan yaşayış massivlərində olan yollarda genişmiqyaslı asfaltlanma tədbirləri həyata keçirilir. Yol infrasturukturunun yenilənməsi işləri başa çatan ərazilərdə sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə abadlıq-quruculuq işləri də görüləcək.
Xatırladaq ki, “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi çərçivəsində su-kanalizasiya xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə mərhələli şəkildə asfalt işləri görüləcək.