Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə SOS Uşaq Kəndində monitorinq aparılıb

21 iyun 2025 | 18:00

Gəncə Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya” tərəfindən “SOS Uşaq Kəndləri – Azərbaycan Assosiasiyası” İctimai Birliyinin Gəncə filialında monitorinq həyata keçirilib. Monitorinq prosesi “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa, eləcə də “Uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına uyğun olaraq aparılıb. Əsas məqsəd uşaqlar üçün sosial xidmət müəssisələrində təlim-tərbiyə prosesinin təşkili və bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi olub.

Monitorinq zamanı komissiya üzvləri Gəncə SOS Uşaq Kəndində yaşayan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının təmin olunması, onların yaşayış şəraiti, təhsil prosesi, psixoloji xidmətlərin mövcud durumu ilə tanış olublar. Müəssisədə fəaliyyət göstərən psixoloq və sosioloqla, eləcə də burada yaşayan uşaqlarla söhbətlər aparılıb, gigiyena və qidalanma şəraiti, təhsilin keyfiyyəti, uşaqların psixoloji inkişafı və onlara göstərilən dəstək xidmətləri ilə bağlı müşahidələr həyata keçirilib.

Monitorinqin nəticəsi olaraq psixoloji xidmətlərin daha da gücləndirilməsi, uşaqlarla işin daha sistemli və effektiv mexanizmlər əsasında qurulması ilə bağlı aidiyyəti qurumlara müvafiq tövsiyələr verilib.

 

Keçidlər