Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

"Gəncə" Voleybol Klubu Bakının “Murov Az Terminal” komandasını qəbul edib

22 noyabr 2023 | 16:39

Qadın voleybolçular arasında Azərbaycan çempionatında daha bir oyun baş tutub. Ölkə birinciliyində debüt edən "Gəncə" klubu Bakının “Murov Az Terminal” komandasını qəbul edib.

Gəncə Olimpiya İdman Kompleksində keçirilən görüşü Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, digər rəsmi qonaqlar, federasiyasının nümayəndələri və azarkeşlər izləyiblər. İlk dəfə voleybol üzrə ölkə birinciliyinin oyunlarına ev sahibliyi edən Gəncə OİK-nin tribunaları yerli azarkeşlərlə dolu olub.

Görüşdən əvvəl yerli komandanın Yüksək Liqada mübarizəyə başlaması, həmçinin ölkə çempionatının oyunlarının paytaxtla yanaşı bölgələrdə də təşkili münasibətilə konert proqramı nümayiş olunub. Voleybol sevərlər tərəfindən maraqla qarşılanan açılış tədbirindən sonra isə qarşılaşmaya start verilib.

Görüş qonaqların üstünlüyü ilə keçib. Bakı klubu hər üç setdə üstün olub - 25:18, 25:17, 25:18. Beləliklə, Yüksək Liqaya 3:0 hesablı qələbə ilə başlayan "Murov Az Terminal" ilk xallarını aktivinə yazdırıb.

Qeyd edək ki, “Gəncə” klubu çempionatdakı bütün ev oyunlarını Gəncədə keçirəcək.

Keçidlər