Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncə “Yaxşı idarəçilik güclü fəaliyyəti və dayanıqlı inkişafı təmin edir” mövzusunda beynəlxalq seminara ev sahibliyi edib

01 mart 2023 | 12:42

Gəncədə “Yaxşı idarəçilik güclü fəaliyyəti və dayanıqlı inkişafı təmin edir” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda Gəncə Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, həmçinin şəhərdə yerləşən müvafiq dövlət qurumları və özəl sektordan nümayəndələr iştirak ediblər.

Böyük Britaniyanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi, Britaniya Standartları İnstitutu (BSİ) və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) birgə təşkilatçılığı ilə baş tutan seminar 2 gün davam edib.

27-28 fevral tarixlərində baş tutan seminarda idarəetmə sahəsində ən yaxşı beynəlxalq təcrübələr, korporativ idarəetmənin əsas prinsipləri və elementləri, risk və imkanların təsnifatı nəzərdən keçirilib. Bundan əlavə, iştirakçılar beynəlxalq standartlaşdırma təşkilatının (ISO) idarəetmə standartları, o cümlədən “ISO 37001 Rüşvətxorluğa qarşı idarəetmə sistemləri” standartı, performansın monitorinqi, ölçülməsi, biznes tərəfdaşlarının idarəedilməsi və digər mövzularda məlumatlandırılıblar.

Keçidlər