Gəncə Zəfər gününü qeyd etməyə hazırlaşır
08 noyabr 2022 | 09:37
8 Noyabr-Zəfər Günü münasibətilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən "Zəfərin mübarək, Azərbaycan!" adlı möhtəşəm konsert proqramı təşkil olunacaq. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Park-Kompleksində "Zəfər Tağı"nın önünə baş çəkib, hazırlıq prosesi ilə tanış olub.
Niyazi Bayramova məlumat verilib ki, şəhərdə bayramsayağı tərtibat işləri artıq yekunlaşır, müasir işıq və səs sistemləri ilə təchiz edilmiş səhnədə son tamamlanma işləri aparılır. Konsert zamanı Xalq artistlərinin və estrada müğənnilərinin ifasında vətənpərvərlik mövzusuna aid olan mahnılar səslənəcək və yekunda möhtəşəm atəşfəşanlıq olacaq.
Niyazi Bayramov işin gedişatı ilə yerində tanış olub və tədbirə gələcək insanların rahatlığını və istirahətini təmin etmək üçün aidiyyəti şəxslərə konkret tapşırıqlar verib.
Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq "Zəfərin mübarək, Azərbaycan!" adlı konsert proqramı 08 noyabr 2022-ci il tarixdə saat 19:00-da Gəncə şəhər Heydər Əliyev Mərkəzində "Zəfər Tağı"nın önündə baş tutacaq.