Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncəçay çayının məcrasında təmizlik işləri ilə bağlı tapşırıqlar verilib

07 may 2026 | 17:11

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncəçay çayının məcrasında tikinti və məişət tullantılarının atıldığı əraziyə baxış keçirib.

Baxış zamanı ərazidə yaranmış antisanitar vəziyyətin aradan qaldırılması, tullantıların operativ şəkildə daşınaraq ərazinin tam təmizlənməsi ilə bağlı Gəncə şəhər Mənzil-Kommunalt Təsərrüfatı İstehsalat Birliyinə tapşırıqlar verilib.

Qeyd olunub ki, ətraf mühitin qorunması və şəhər ərazisində ekoloji tarazlığın təmin olunması məqsədilə bu cür hallara qarşı nəzarətin daha da gücləndirilməsi vacibdir.

Gəncə Şəhər İcra Hakimiyyəti olaraq, sakinlərdən məişət və tikinti tullantılarını müəyyən olunmuş yerlərə atmalarını, ətraf mühitin təmiz saxlanılmasına məsuliyyətlə yanaşmalarını xahiş edirik

Keçidlər