Gəncədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "100 Festivalı" çərçivəsində Xan Bağında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş bayram şənliyi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər sakinləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycanın görkəmli yazıçısı, şair Nigar Rəfibəylinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra IV siniflərin komanda şəklində əyləncəli, intellektual “100” yarışı, 4-7 yaş qrupu uşaqların iştirakı ilə dəb nümayişi, II-V sinif şagirdlərinin iştirakı ilə ingilis dilində “Xan Bağı xəzinə ovu” yarışı keçirilib.
Tədbir konsert proqramı ilə davam edib. Proqramda məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələri tərəfindən çıxışlar həyata keçirib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub, qaliblər mükafatlandırılıblar.