Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirib

01 iyun 2023 | 18:51

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən Gəncə şəhərində yerləşən Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tibbi sosial aksiya keçirilib. Tibbi sosial aksiyada Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Uşaq Evinin direktoru, Qərb Ərazi Baş Gömrük İdarəsinin nümayəndələri, Mərkəzi Gömrük Hospitalının tibb heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İsmayıl Əfəndiyev Gəncə Uşaq Evinin sakinlərini 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, ən xoş arzularını bildirib. İsmayıl Əfəndiyev Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən tibbi sosial aksiyalar barədə danışaraq, bu tədbirlərin davamlı olacağını qeyd edib.

Adil Tağıyev qonaqları Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun adından salamlayaraq, sosial tibbi aksiyanın həyata keçirilməsində əməyi keçən hər kəsə öz minnətdarlığını bildirib. O, qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən çox uğurla davam etdirilir.

Tədbirin rəsmi açılış hissəsindən sonra Gəncə Uşaq Evinin sakinləri bədii kompozisiya ilə çıxış edib, şeir deyib, mahnılar ifa edib, rəqs ediblər.

Tibbi aksiyadan sonra Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev narkotik vasitələrin və psixotrop maddələrin ziyanı barədə, Mərkəzi Gömrük Hospitalının Təcili Tibbi Yardım şöbəsinin rəisi, təcili yardım həkimi Nərgiz Kərimova ilk yardım qaydaları barədə, Mama-ginekologiya şöbəsinin rəisi Təranə Bayramova qızlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, uşaq cərrahı Toğrul Piriyev oğlanlar üçün cinsi inkişaf və reproduktiv sağlamlıq barədə, Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə sağlam həyat tərzinin təbliği və tütün istifadəsi ilə bağlı Uşaq Evinin müəllimləri, tərbiyəçiləri və sakinləri üçün təlimlər keçiriblər.

Mərkəzi Gömrük Hospitalının həkimləri Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş 100-ə yaxın uşağı kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinə ediblər, məsləhətlərini veriblər və hər birinə kitab hədiyyə ediblər.

Keçidlər