Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 266-15-04, (22) 266-08-54

Gəncədə 1 mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə silsilə tədbirlər keçirilib

02 mart 2023 | 11:06

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyasının illik Tədbirlər Planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə 1 mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin və FHN-nin Gəncə Regional Mərkəzinin əməkdaşlarının iştirakı ilə Gəncə Tibb Kollecində, Gəncə Avtomobil Zavodunda və nümunəvi olaraq Azərbaycan Texnologiya Universitetində «Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu» mövzusunda tədbirlər gerçəkləşib.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

Bildiririlib ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisin qərarı ilə 1972-ci ildən etibarən hər il martın 1-i bu təşkilata üzv olan ölkələrdə “Ümumdünya Mülki Müdafiə Günü” kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilata 1993-cü ildə daxil olub. Hazırda Beynəlxalq Mülki Müdafiə Təşkilatına dünyanın 50-dən artıq ölkəsi daxildir. Hər il mülki müdafiə mövzusunda beynəlxalq seminarlar, toplantılar keçirilir, mülki müdafiənin qüvvə və texnikalarının sərgisi təşkil olunur. Əsas məqsəd əhalinin və tələbələrin diqqətini fövqəladə hallar zamanı davranış qaydalarının mənimsənilməsinə yönəltmək, fərdi mühafizə vasitələrindən istifadə etmək, bir sözlə, qaydaları nəzəri və əməli cəhətdən öyrətməkdir.

Tədbirdə FHN əməkdaşları tələbələr qarşısında insanların təhlükəsizliyinin təmin olunması, o cümlədən təbii və texnogen xarakterli fövqəladə hallar zamanı əhalinin mühafizəsinin xüsusi əhəmiyyəti haqqında məlumatlarla çıxış ediblər. Əyani vəsaitlər, eləcə də fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində videoçarx nümayiş olunub, tələbələrin fövqəladə hallarla bağlı bilikləri yoxlanılıb.

Keçidlər