Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 1 noyabr – Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunub

01 noyabr 2023 | 18:05

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan Dövlət Aqrar Universitetində və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda tədbirlər təşkil olunub.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, professor İbrahim Cəfərov, 38 saylı Dairə Seçki Komissiyasının sədri Zakir Hüseynov, ADAU-nun tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və hər iki təhsil ocağının kollektivləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, ruhunu ehtiramla yad ediblər.

Niyazi Bayramov bu əlamətdar gün münasibətilə kollektivi təbrik edib, səmimi arzularını çatdırıb.

Daha sonra ADAU-da və Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Kənd Təsərrüfatı İşçiləri Gününə həsr olunmuş toplantı keçirilib.

Keçidlər