Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2024 | 14:46

Bugün Azərbaycanda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Azərbaycan prokurorluğunun yaranmasının 106-cı ildönümüdür. Bununla əlaqədar olaraq, Gəncə şəhər prokuroru Azad Qarayev, şəhər Hərbi prokuroru Şöhrət Qəhrəmanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev,  məhkəmə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və prokurorluq orqanının əməkdaşları Ümummilli Lider Heydər Əliyevin şəhərin Mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 01 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən 2003-cü ildən başlayaraq prokurorluğun fəaliyyəti müasir tələblər səviyyəsində  yenilənib, maddi-texniki bazası  möhkəmləndirilib və əməkdaşların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması məqsədilə zəruri tədbirlər görülüb.

 

Keçidlər