Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü keçirilib

14 fevral 2025 | 16:18

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 29 nömrəli tam orta məktəbdə 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki vitse-konsulu Yiğit Yalın Soyal, Gürcüstanın Gəncədəki Baş konsulu Qaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, GDU-nun rektoru, professor Yusif Yusibov, ADAU-nun rektoru Zəfər Qurbanov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Dövlət Aqrar Kollecinin direktoru Fəqan Ağayev, GDU-nun nəzdində Regional kollecin direktor vəzifəsini icra edən Xoşqədəm Xudiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Əvvəlcə qonaqlar Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi və 13 saylı Körpələ evi-uşaq bağçası tərəfindən hazırlanan sərgiyə baxış keçiriblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Niyazi Bayramov çıxışında kitab oxumağın hər yaşda lazım və vacib olduğunu vurğulayıb. Şəhər rəhbəri qeyd edib ki, mütaliə ilə məşğul olmaq insanın söz ehtiyatını çoxaldır, zehnini möhkəmləndirir, ünsiyyət bacarığını artırır. Niyazi Bayramov şagirdlərə kitab oxumaqla yanaşı onu  bölüşməyi də tövsiyə edib.

Elçin Kərimov çıxışı zamanı gələcəyimizin qurucuları olan uşaqların dünyagörüşünün inkişafında kitab oxumağın nə qədər vacib məsələ olmasını xüsusi xatırladıb. Uşaqları kitab oxumağa, tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı öyrənməyə dəvət edib.

Bayram Aslanov mütaliə etməyin vacibliyindən danışıb. O, hər oxunan kitabdan  müsbət nəticə çıxarılmasının əsas amillərdən biri olduğunu qeyd edib.

Tədbirin davamında məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

Yekunda rəsmilər tərəfindən 100-dək müxtəlif nailiyyəti ilə seçilən şagirdə kitablar hədiyyə olunub.

Keçidlər