Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə 14 Fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib

14 fevral 2024 | 15:07

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə baş tutub. Bu təşəbbüsə şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar da qoşulublar.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov  M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbi ziyarət edib, burada fəal şagirdlərlə görüşüb. Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Əvvəlcə qonaqlar məktəbdə təşkil olunan sərgiyə baxış keçirib, daha sonra sinif otaqlarında fəal şagirdlərlə görüşüb, məktəblilərlə səmimi söhbət edərək kitab oxumağın faydasından danışıblar. Qeyd ediblər ki, kitab mütəmadi oxunan zaman insanın yaddaşı güclənir, söz ehtiyatı genişlənir, ifadə qabiliyyəti yüksəlir. Daha sonra rəsmilər fəal şagirdlərə kitablar hədiyyə ediblər.

Eyni zamanda, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi İntiqam Hüseynov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəis əvəzi Pərvin Kazımov, Gəncə Tibb Kollecinin direktoru, Əməkdar həkim Mehman Rzayev, Gəncə Regional Kollecinin direktoru İlqar Kubışev, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov, Gəncə Gənclər Evi SXM-nın direktoru Amil Qurbanov da bu təşəbbüsə qoşularaq şəhərin müxtəlif ümumtəhsil məktəblərini ziyarət edib,  şagirdlərlə görüşüb, onlara kitablar hədiyyə ediblər.

Qeyd edək ki, Beynəlxalq Kitab Bağışlama Günü 2012-ci ildən qeyd olunmağa başlayıb.

Keçidlər